[b]Milli oyunçu “fərqləndi”, komandası xal itirdi[/b]
17.12.2016 - 00:17
Almaniya II Bundesliqasında XVII tura start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” də növbəti matçına çıxıb.
Komanda öz meydanında “Düsseldorf”la üz-üzə gəlib. Görüş qolsuz bərabərliklə yekunlaşıb.
Oyuna start heyətində başlayan Nazarov 64 dəqiqə meydanda qalıb. O, 27-ci dəqiqədə “fərqlənməyə” də imkan tapıb. Futbolçumuz sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, arıdıcl ikinci oyunda heç-heçə edən “Aue” 17 oyundan sonra topladığı 13 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.
0
0