[b]Milli oyunçu faydasız qələbədə iştirak etmədi[/b]
26.01.2017 - 00:05
[b]Milli oyunçu faydasız qələbədə iştirak etmədi[/b]

Türkiyə Kubokunda qrup mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, G qrupunda mübarizə aparan “Bursaspor” səfərdə “Ümraniyespor”u minimal hesabla məğlub edib.

 

Bursa klubunun şərəfini qoruyan millimizin hücumçusu Dəniz Yılmazın adı oyunun iştirak ərizəsinə salınmayıb. Bu oyuna qədər “Bursaspor”un qrupdan çıxmayacağı bəlli olduğu üçün qələbə faydasız olub.

 

A qrupunda çıxış edən “Osmanlıspor” “Kırklarelispor”u 3:0 hesabıyla məğlub edib. Bu qələbəylə növbəti mərhələyə vəsiqəni ötən turdan təmin etmiş Ankara təmsilçisi liderliyə yüksəlib.

 

B qrupunda “Kasımpaşa” səfərdə “Rizəspor”a 3:2 hesabıyla qalib gəlib. Bu qrupdan “Kasımpaşa” lider, “Rizəspor” isə ikinci kimi 1/8 finala adlayıb.

 

C qrupunda isə oyunlara yekun vurulub. Növbəti mərhələyə vəsiqəni təmin etmiş “Fənərbaxça” evdə “Amedspor”u 3:0 hesabıyla xalsız qoyub. Oyunda “bülbüllər”in qollarına Salih Uçan və Robin Van Persi (2) imza atıblar. Qrup liderliyini təmin etmiş “Gənclərbirliyi” isə səfərdə “Menemenspor”a uduzub - 2:3.

 

F qrupunda növbəti mərhələyə çıxması əvvəldən bəlli olan “Sivasspor” və “Başakşəhər” üz-üzə gəlib. Oyun qolsuz bərabərliklə nəticələnib. “Başakşəhər” lider, “Sivasspor” isə qrup ikincisi kimi 1/8 finala vəsiqə qazanıb.