Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində (ARMPK) İcraiyyə Komitəsinin (İK) iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda ARMPK-nin V hesabat seçki yığıncağının keçirilməsinə hazırlıqla əlaqədar bəzi tədbirlər haqqında, "Bakı 2017" IV İslam Həmirəylik Oyunlarına hazırlığın vəziyyəti barədə və ARMPK-nin Baş katibi haqqında məsələlər müzakirə edilərək, müvafiq qərarlar qəbul olunub.
Nizamnamənin tələblərinə uyğun olaraq 2017-ci ilin fevral ayında ARMPK-nin V hesabat-seçki yığıncağının keçirilməsi qərara alınıb və yığıncağın hazırlanıb keçirilməsi məqsədi ilə Təşkilat komitəsi yaradılıb.
"Bakı 2017" IV İslam Həmirəyliyi Oyunlarına hazırlıqla əlaqədar Komitənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib. İK-nin qərarı ilə ARMPK-nin baş katibi vəzifəsinin icrası müvəqqəti olaraq komitənin vitse-prezidenti Şaiq Həmidova həvalə edilib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı