Gənclər arasında Almaniya Bundesliqasının Cənub zonasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Ayntraxt”ın U-19 komandası da növbəti matçına çıxıb.
Frabkfurtlular səfərdə "Karlsrue" ilə qarşılaşıb. Üç qolun vurulduğu oyunda qələbəni Frankfurt təmsilçisi bayram edib – 2:1.
Dadaşov bu oyunun iştirakçısı olmayıb. Ötən tur “Fraybruq”la oyunda qırmızı vərəqə alaraq meydandan qovulan futbolçumuz bu oyunda Frankfurt klubuna kömək edə bilməyib.
“Ayntraxt”ın U-19 komandasında çıxış edən Azərbaycanın U-19 millisinin üzvü Murad Mahmudov da bu görüşdə iştirak etməyib.
Ehtiyatda bir oyunu olan futbolçularımızın komandası hazırda 6 xalla 14 klub arasında 7-ci pillədə qərarlaşıb.
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?