[b]Milli üzvü 4 aylıq sıradan çıxdı[/b]
27.10.2016 - 17:14
“Roma” ciddi itki ilə üzləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Alessandro Florenzi sıradan çıxıb.
Dünən “Sassuolo” (3:1) ilə A seriyası matçının ikinci hissəsində zədələnən İtaliya millisinin üzvü dizindən ciddi xəsarət alıb. Belə ki, həkimlər 25 yaşlı futbolçunun sol diz ön çarpaz bağlarının yırtıldığını açıqlayıblar. Bu isə o deməkdi ki, Florenzi ən azı 4 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Alessandro Florenzi cari mövsümdə “Roma”nın heyətində keçirdiyi 13 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə verib.
0
0