[b]Milli üzvü Bundesliqada het-trik etdi[/b]
12.03.2017 - 19:41
[b]Milli üzvü Bundesliqada het-trik etdi[/b]

Almaniya Cənub Gənclər Bundesliqasında XXI turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Renat Dadaşovun şərəfini qoruduğu “Ayntraxt U-19” da növbəti matçını keçirib.

 

Frankfurtlular doğma meydanda “Ştutqarter Kikkers U-19”la qarşılaşıblar. Matç meydan sahiblərinin 5:1 hesablı darmadağını ilə yekunlaşıb.

 

Matça start heyətində başlayan Dadaşov qələbədə böyük rol oynayıb. O, 17, 45 və 49-cu dəqiqələrdə fərqlənərək het-triki rəsmiləşdirib.

 

Qeyd edək ki, 21 oyundan sonra aktivində 28 xal olan “Ayntraxt U-19” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.