[b]Milli üzvü Hollandiyada mövsümü qələbə ilə başa vurdu[/b]
06.05.2017 - 18:44
[b]Milli üzvü Hollandiyada mövsümü qələbə ilə başa vurdu[/b]

Hollandiya Eerstediviziyasında sonuncu XXXVIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, gənclərdən ibarət milli komandamızın üzvü Ziya Əzizovun komandası “Den Boş” da çempionatda yekun matçına çıxıb.

 

Sözügedən komanda doğma meydanda “Dordrext”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matça start heyətində başlayan Ziya oyunu əvəzolunmadan başa vurub.

 

Qeyd edək ki, 38 oyundan sonra aktivində 45 xal olan “Den Boş” yarışı 14-cü pillədə başa vurub.