İspaniya Sequndasının 32-ci turunda “Ximnastik”lə qarşılaşacaq “Kordoba” Eddi İsrafilovun xidmətindən istifadə edəb bilməyəcək. Apasport.az saytının məlumatəna görə, buna səbəb milli futbolçunun cəzalandırılmasıdı.
Yeni klubuna keçəndən sonra cəmi 8 oyunda meydana çıxan Eddi artıq 5 dəfə sarı vərəqə ilə cəzalandırılıb ki, bu da bir oyun buraxacağı deməkdi.
"Ximnastik"lə matçı kənardan izləməli olacaq millimizin üzvü yalnız aprelin 10-da baş tutacaq 33-cü tur çərçivəsindəki "Albasete" ilə görüşdə meydana çıxa biləcək.
Eddinin komandası hazırda 47 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.