Almaniya II Bundesliqasında XXIV turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” də növbəti matçını keçirib.
“Bənövşəyilər” doğma meydanda “Karlsrue” ilə qarşılaşıblar. Görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb.
Keçmiş komandasına qarşı görüşə start heyətində başlayan və sona qədər meydanda olan Nazarov matçdadkı yeganə qola imza atıb. O, 36-cı dəqiqədə penalti zərbəsi ilə fərqlənib.
Qeyd edək ki, 24 oyundan sonra aktivində 22 xal olan “Aue” turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.