[b]Milli üzvü komandasının məğlubiyyətinə səbəb oldu[/b]
27.10.2016 - 00:05
Ukrayna kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Pavel Paşayevin şərəfini qoruduğu “Stal” bu mərhələdə “Mariupol”la qarşılaşıb.
Milli oyunçumuzun komandası məğlubiyyətlə üzləşib. Belə ki, oyunun əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb.
Oyunsonrası penalti seriyasında isə İliçevits təmsilçisi daha dəqiq oynayıb. Maraqlıdı ki, kamensklilərin dəqiq yerinə yetirə bilmədiyi iki vuruşdan birinin müəllifi məhz Pavel Paşayev olub.
0
0