[b]Milli üzvü oynadı, komandası autsayderə uduzdu[/b]
10.04.2016 - 22:05
İspaniya Sequndasında 33-cü turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun çıxış etdiyi “Kordoba” növbəti matçına çıxıb.
Öz meydanında autsayder “Albasete” ilə qarşılaşan Eddinin komandası 2:3 hesablı məğlubiyyətə üzülüb. 90 dəqiqə meydanda olan İsrafilov heç nə ilə yadda qalmayıb.
Qeyd edək ki, bu nəticədən sonra 48 xalda qalan “Kordoba” 9-cu pilləyə geriləyib.
0
0