[b]Milli üzvü oynadı, komandası bərabərliyə razılaşdı[/b]
29.12.2016 - 20:16
[b]Milli üzvü oynadı, komandası bərabərliyə razılaşdı[/b]

Türkiyə kubokunun qrup mərhələsində IV turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Dəniz Yılmazın şərəfini qoruduğu “Bursaspor” da növbəti matçına çıxıb.

 

“Aydınspor”la qarşılaşan “yaşıl timsahlar” görüşdən 1:1 hesablı bərabərliklə ayrılıb.

 

Milli üzvü oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, 4 oyundan sonra 5 xal toplayan “Bursaspor” qrupda ikinci pillədə qərarlaşıb.