[b]Milli üzvü oynadı, komandası darmadağına sevindi[/b]
12.09.2016 - 01:43
İspaniya Sequndasında IV tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kadis” bu turda doğma meydanda “Xetafe” ilə qarşılaşıb.
Görüş “Kadis”in 3:0 hesablı qələbəsiylə nəticələnib. Matça start heyətində başlayan İsrafilov sonadək meydanda olub.
Qeyd edək ki, hazırda hesabında 5 xal olan “Kadis” 8-ci pillədə qərarlaşıb.
0
0