[b]Milli üzvü oynadı, komandası məğlub oldu[/b]
29.08.2016 - 00:01
Ukrayna çempionatında VI tur başa çatıb. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Pavel Paşayevin formasını geydiyi “Stal” öz meydanında “Şaxtyor”u qəbul edib.
Görüş donetsklilərin minimalhesablı qələbəsi ilə başa çatıb. Paşayevin 90 dəqiqə meydanda olduğu matçın yeganə qoluna 78-ci dəqiqədə Ferreyra imza atıb.
Qeyd edək ki, 6 oyundan sonra hesabında 5 xal olan Kamienski təmsilçisi turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
0
0