[b]Milli üzvü oynadı, komandası qalib gəldi[/b]
05.08.2017 - 21:11
Yeni mövsümə hazırlıqları davam etdirən bəzi klublar yoldaşlıq oyunlarında güclərini sınayırlar. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Ziya Əzizovun şərəfini qoruduğu “Den Boş” da növbəti yoxlama oyununa çıxıb.
Hollandiya Erste Diviziya təmsilçisi “Linden”lə qarşılaşıb. Görüş milli üzvünün komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matça start heyətində başlayan Ziya 31-ci dəqiqədə zədələnərək əvəzlənib.
0
0