[b]Milli üzvü oynadı, komandası səfərdə sevindi[/b]
06.04.2017 - 01:43
Almaniya II Bundesliqasında XXVII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” səfərdə “Union Berlin”lə qarşılaşıb.
Oyun qonaqların minimal hesablı (0:1) qələbəsiylə nəticələnib. Bu, Ersqebirqe təmsilçisinin son 4 oyunda 3-cü qələbəsidi. Nazarov matça start heyətində başlayıb və sonadək oynayıb.
Qeyd edək ki, 27 turdan sonra hesabında 29 xal olan “Aue” 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.
0
0