[b]Premyer Liqadan milliyə qələbə ilə[/b]
04.11.2016 - 22:40
[b]Premyer Liqadan milliyə qələbə ilə[/b]

Ukrayna Premyer Liqasında XIV turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk oyununda milli komandamızın müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Stal” “Volın”la qarşılaşıb.

 

Lutskda baş tutan oyunda kamensklilər minimalhesablı qələbəyə seviniblər. Paşayev start heyətində meydana çıxdığı matçı əvəzedilmədən keçirib.

 

Qeyd edək ki, 14 turdan sonra aktivində 14 xal olan “Stal” 8-ci pillədə qərarlaşıb.