[b]Milli üzvü oynadı, komandası xal itirdi[/b]
05.05.2017 - 21:38
Portuqaliya Sequndasında XL tur davam edir. Apasport.az saytının məlumatına görə, gənclərdən ibarət milli komandamızın üzvü Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq” B də növbəti oyununa çıxıb.
“Zolaqlılar” öz meydanında “Benfika”nın B komandası ilə üz-üzə gəliblər. Görüşdə qalib müəyyənləşməyib – 2:2.
Matça ehtiyat oyunçular skamyasında başlayan Budaq 82-ci dəqiqədə oyuna daxil olub.
Qeyd edək ki, 40 oyundan sonra aktivində 54 xal olan “Sportinq” B turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
0
0