[b]Milli üzvü oynadı, oyundan çıxdı, komandası qələbə qazandı[/b]
12.12.2016 - 00:54
[b]Milli üzvü oynadı, oyundan çıxdı, komandası qələbə qazandı[/b]

İspaniya ikinci liqasında XVIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun formasını geyindiyi “Kadiz” də növbəti matçına çıxıb.

 

Sözügedən komanda səfərdə “Kordoba” ilə qarşılaşıb.

 

Görüşə start heyətində başlayan Eddi 67-ci dəqiqədə əvəzlənib. Maraqlıdı ki, 3:1 hesablı qələbə qazanan komandanın bütün qolları İsrafilov meydanı tərk etdikdən sonra vurulub.

 

Qeyd edək ki, bu qələbə ilə aktivindəki xalları 27-ə yüksəldən “Kadiz” turnir cədvəlində 4-cü pilləyə yüksəlib.