[b]Milli üzvü oynamadı, komandası autsayderlə bacarmadı[/b]
08.05.2017 - 00:22
İspaniya Sequndasında XXXVII tur davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kadiz” də növbəti oyununu keçirib.
“Sarılar” “Ximnastik”i qəbul edib. Görüşdə hesab açılmayıb.
Eddi qolsuz bərabərliyi ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, 37 oyundan sonra 58 xalı olan “Kadiz” turnir cədvəlinin 5-ci pilləsində yer alıb. “Ximnastik” isə 42 xalla autsayderlər sırasında qərarlaşıb.
0
0