[b]Milli üzvü oynamadı, komandası məğlubiyyətlə başladı[/b]
07.08.2017 - 22:02
[b]Milli üzvü oynamadı, komandası məğlubiyyətlə başladı[/b]

Portuqaliya Premyer Liqasında mövsümə start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Emin Mahmudovun formasını geyindiyi “Boavişta” da ilk matçına çıxıb.

 

“Damalılar” səfərdə “Portimonense” ilə qarşılaşıblar. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matçda hesabı “Boavişta” açsa da, sonradan iki qol vuran rəqibi yekunda qələbəni bayram edib.

 

Qeyd edək ki, Mahmudov bu oyunun iştirak ərizəsində yer almayıb.