[b]Milli üzvü oynamadı, komandası tək qola sevindi[/b]
06.11.2016 - 01:39
[b]Milli üzvü oynamadı, komandası tək qola sevindi[/b]

İspaniya Sequndasında XIII tura start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kadis” də növbəti oyununu keçirib.

 

Adıçəkilən komanda doğma meydanda “Hueska”nı qəbul edib. Görüş ev sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb.

 

Eddi bu oyunun iştirak ərizəsinə salınmayıb.

 

Qeyd edək ki, bu qələbədən sonra aktivində 17 xal olan “Kadis” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.