[b]Milli üzvü oynamadı, komandası xal itirdi[/b]
27.11.2016 - 00:01
Almaniya III Liqasında XVI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin keçmiş yarımmüdafiəçisi Tuğrul Eratın formasını geyindiyi "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Aaeln"lə üz-üzə gəlib. Eratın komandası qarşılaşmadan heç-heçə ilə ayrılıb – 2:2.
Milli üzvü görüşü ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, “Duysburq” 16 turdan sonra 28 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb.
0
0