[b]Milli üzvü oynamadı, komandası xal itirdi[/b]
20.02.2017 - 00:43
[b]Milli üzvü oynamadı, komandası xal itirdi[/b]

İspaniya Sequndasında XXVI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – “Kadis” də növbəti matçına çıxıb.

 

“Sarılar” doğma meydanda "Reus" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 0:0.

 

Matça ehtiyat oyunçular skamyasında başlayan İsrafilov görüşü sonadək skamyadan izləyib.

 

Qeyd edək ki, “Kadis” 26 turdan sonra 41 xalla 22 klub arasında 3-cü pillədə qərarlaşıb.