[b]Milli üzvü qol vurdu, komandasından faydasız qələbə[/b]
27.11.2016 - 00:27
[b]Milli üzvü qol vurdu, komandasından faydasız qələbə[/b]

Futzal üzrə UEFA kubokunda elit-raundun III turunun qarşılaşmaları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin oyunçusu Vitali Borisovun şərəfini qoruduğu Serbiya “Ekonomak”ı “Xrudim”lə qarşılaşıb.

 

Görüş serblərin minimalhesablı qələbəsi ilə başa çatıb. Matçdakı yeganə qolu görüşün 37-ci dəqiqəsində Vitali vurub.

 

Qeyd edək ki, ilk iki görüşdə məğlub olan “Ekonomak” üçün bu qələbə təsəllidən başqa bir işə yaramayıb.