[b]Milli üzvü Türkiyə Superliqasında[/b]
07.06.2016 - 19:32
[b]Milli üzvü Türkiyə Superliqasında[/b]

Azərbaycan milli komandasının üzvü Ufuk Budak gələn mövsümdən Türkiyə Superliqasında çıxış edəcək. Apasport.az saytının qardaş ölkə mətbuatına istinadən məlumatına görə, sol cinah müdafiəçisi bu mövsüm elitaya yenidən yüksəlmiş “Kayserispor”la anlaşıb.

 

Milli futbolçu əvvəlki klubu “Qaziantepspor BŞB”da da birlikdə çalışdığı Hakan Kutlunun dəvəti ilə klubunu dəyişib.

 

Qeyd edək ki, transfer haqqında daha əvvəldən də xəbərlər dolaşsa da, keçid bu gün rəsmiləşib. Hələlik 26 yaşlı müdafiəçinin Kayseri təmsilçisi ilə hansı müddətə anlaşdığı haqqında məlumat verilmir.