İspaniya Sequndasında son turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi "Kordoba" növbəti oyununa çıxıb.
“Ağ-yaşıllar” doğma meydanda "Almeriya" ilə qarşılaşıb. Millimizin düşərgəsində olduğu üçün Eddinin iştirak etmədiyi qarşılaşma 1:1 hesabıyla başa çatıb.
"Kordoba" çempionatı 65 xalla 22 komanda arasında 5-ci pillədə başa vurub. Amma Eddinin komandası üçün mövsüm hələ bitməyib. "Kordoba" "Ximnastik", "Jirona" və "Osasuna" ilə pley-off oyunlarında La Liqaya yeganə vəsiqə uğrunda mübarizə aparacaq.
İsrafilovun komandasını pley-off mərhələsinin ilk matçında "Jirona" ilə görüş gözləyir. Bu komanda ilə ilk oyun iyunun 8-də, cavab görüşü 12-də olacaq.
Pley-off mərhələsinin final matçı 15-19 iyun tarixlərində keçiriləcək.