[b]Milli üzvü yenə “gözə dəymədi”[/b]
14.12.2016 - 22:17
[b]Milli üzvü yenə “gözə dəymədi”[/b]

Türkiyə kubokunun qrup mərhələsində ikinci turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin formasını geyindiyi “Trabzonspor” da növbəti matçına çıxıb.

 

“Qaradənizlilər” səfərdə Super Liqanın digər üzvü “Konyaspor”la qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.

 

Ramil isə Super Liqada olduğu kimi kubok oyununda da meydana çıxmayıb. Onun adı ümumiyyətlə, matçın iştirak ərizəsinə salınmayıb.