[b]Milli üzvü zədələndi[/b]
11.09.2016 - 21:51
[b]Milli üzvü zədələndi[/b]

“İnter”in hücumçusu Rauf Əliyev növbəti dəfə xəsarət alıb. Apasport.az saytının məlumatına görə, hadisə Topaz Premyer Liqasının IV turu çərçivəsində “Sumqayıt”la keçirilən qarşılaşmada baş verib.

 

Sumqayıt şəhər stadionunda baş tutan görüşün 52-ci dəqiqəsində meydanın mərkəzində rəqib müdafiəçinin kobudluğundan sonra yerə yıxılan milli üzvü bir müddət ayağa qalxa bilməyib. Yalnız həkim müdaxiləsindən sonra kənara çəkilən Əliyevin biləyindən zədələndiyi məlum olub.

 

Oyunu davam etdirməkdə israrlı olan futbolçu biləyi sarğı ilə bağlandıqdan sonra yenidən meydana daxil olub və mübarizəni davam etdirir.

 

Qeyd edək ki, “Sumqayıt” - “İnter” görüşündə qonaqlar 2:0 hesabı ilə öndədilər.