[b]Milli üzvünün Premyer Liqadakı növbəti məğlubiyyəti[/b]
04.12.2016 - 22:35
[b]Milli üzvünün Premyer Liqadakı növbəti məğlubiyyəti[/b]

Ukrayna Premyer Liqasında XVII turu davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Pavel Paşayevin komandası “Stal” da növbəti matçına çıxıb.

 

Kamenski təmsilçisi səfərdə “Şaxtyor”la qarşılaşıb. Görüş donetsklilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Milli üzvü start heyətində başladığı oyunda 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, son 3 matçda xala həsrət qalan və 17 oyundan sonra hesabında 14 xal olan “Stal” 8-ci pillədə qərarlaşıb.