[b]Millidə kapitan problemi [/b]
30.07.2016 - 12:58
[b]Millidə kapitan problemi [/b]

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bastian Şvaynştayger yığma karyerasını bitirdiyindən, Almaniya millisində yeni kapitanın seçilməsini labüd edib. Apasport.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, Bundestimin yeni kapitanı olmağa əsas namizəd Manuel Noyerdi.

 

“Bavariya”nın qapıçısı ilə sarğı uğrunda 2 futbolçu mübarizə aparacaq. Bunlar müdafiəçi Jerom Boatenq və yarımmüdafiəçi Sami Xediradı.

 

Qeyd edək ki, Noyer Almaniya millisində 71, Boatenq və Xedira isə 65 oyun keçirib.