[b]Millidə zədələndi, Madrid derbisini buraxa bilər[/b]
13.11.2016 - 18:23
[b]Millidə zədələndi, Madrid derbisini buraxa bilər[/b]

“Atletiko”nun futbolçusu Antuan Qrizmann zədələnib. Apasport.az saytının məlumatına görə, hücumçu millinin heyətində xəsarət alıb.

 

Bu haqda Fransa Futbol Federasiyası da açıqlama verib. Sol ayağından zədə alan hücumçu Fil Dişi Sahili ilə yoxlama oyununu buraxacaq.

 

Onun hətta “Real”la Madrid derbisini buraxacağı da gözlənilir. 

 

Qeyd edək ki, millinin heyətindən çıxarılan Qrizmann baş məşqçisi Didye Deşamın qərarı ilə klubu “Atletiko”ya qayıdıb.