[b]Millidən imtinaya görə cəzalanacaqlar[/b]
04.01.2017 - 13:12
[b]Millidən imtinaya görə cəzalanacaqlar[/b]

“Liverpul”un müdafiəçisi Joel Matip və “Vest Bromviç”in arxa xətt oyunçusu Allan Nyom Kamerun millisindən imtina ediblər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, adıçəkilən oyunçular Afrika Millətlər Kubokunda iştirak etmək fikrində deyillər.

 

Onların bu qərarından narazı qalan Kamerun Futbol Federasiyası FİFA-ya şikayət edib. Ali futbol qurumu isə oyunçuları cəzalandıra bilər. Belə ki, Matip və Nyom təyin olunan vaxtda millinin düşərgəsinə qoşulmasalar, FİFA tərəfindən onların diskvalifikasiya edilməsi və klublarının cərimələnməsi gözlənilir.

 

Qeyd edək ki, Afrika Millətlər Kuboku yanvarın 14-dən fevralın 5-dək Qabonda keçiriləcək.