Seçmə mərhələlərin 5-ci pilləsi Azərbaycan millisi üçün doğmalaşıb. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə tsiklini 6 komanda arasında 5-ci yerdə başa vuran komandamız tarixində 7-ci dəfə bu mövqedə qərarlaşıb.
AÇ-1996-dan beynəlxalq arenaya çıxan yığmamız 12-ci seçmə mərhələsini başa vurub. Bunların yarıdan çoxunda – 7-də isə yerimiz 5-ci olub.
Bundan başqa isə komandamız 1 dəfə 4-cü, 3 dəfə 6-cı, 1 dəfə 8-ci yeri tutub.
Başa çatan seçmə mərhələ əvvəlki tsikllərlə müqayisədə bəzi rekordlarla əlamətdar olub. Komanda tarixində ilk dəfə 3 qələbə qazanıb, ilk dəfə xal hesabı iki rəqəmli ədədlə ifadə olunub – 10 xal.
6 dəfə uduzan yığmamız tarixinin 2-ci nəticəsini təkrarlayıb. Yalnız DÇ-2014-də daha az – cəmi 3 dəfə uduzmuşduq.
Qol sayında isə rekord təkrarlanıb. AÇ-2012-də 10 qol vuran komandamız yenə eyni sayda qol vurub. Əvəzində son 3 mərhələ üçün antirekord sayda – 19 qol buraxılıb. Hərçənd əvvəlki 2 tsikldə bu rəqəm aşağı olub. Bu, ümumilikdə isə 5-ci nəticədi.
Top fərqi “-9” olan yığmamız ikinci göstəricini rəsmiləşdirib. Ən az məğlubiyyət aldığımız DÇ-2014-ün oyunlarında bu rəqəm “-4”ə bərabər idi.
|
Turnir |
O |
Q |
H |
M |
T |
X |
Yer |
Komanda |
|
AÇ-96 |
10 |
0 |
1 |
9 |
2-29 |
1 |
6-cı |
6 komanda |
|
DÇ-98 |
8 |
1 |
0 |
7 |
3-22 |
3 |
5-ci |
5 komanda |
|
AÇ-2000 |
10 |
1 |
1 |
8 |
6-26 |
4 |
5-ci |
6 komanda |
|
DÇ-2002 |
10 |
1 |
2 |
7 |
4-17 |
5 |
6-cı |
6 komanda |
|
AÇ-2004 |
8 |
1 |
1 |
6 |
5-20 |
4 |
5-ci |
5 komanda |
|
DÇ-2006 |
10 |
0 |
3 |
7 |
1-21 |
3 |
6-cı |
6 komanda |
|
AÇ-2008 |
12 |
1 |
2 |
9 |
6-28 |
5 |
8-ci |
8 komanda |
|
DÇ-2010 |
10 |
1 |
2 |
7 |
4-14 |
5 |
5-ci |
6 komanda |
|
AÇ-2012 |
10 |
2 |
1 |
7 |
10-26 |
7 |
5-ci |
6 komanda |
|
DÇ-2014 |
10 |
1 |
6 |
3 |
7-11 |
9 |
4-cü |
6 komanda |
|
AÇ-2016 |
10 |
1 |
3 |
6 |
7-18 |
6 |
5-ci |
6 komanda |
|
DÇ-2018 |
10 |
3 |
1 |
6 |
10-19 |
10 |
5-ci |
6 komanda |
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"