[b]Millimiz 1/8 finalda Tailandla qarşılaşacaq[/b]
19.09.2016 - 09:05
[b]Millimiz 1/8 finalda Tailandla qarşılaşacaq[/b]

Futzal üzrə Azərbaycan millisi Kolumbiyada keçirilən dünya çempionatında yeni tarix yazıb. Apasport.az saytının məlumatına görə, ilk dəfə mundiala qatılan komandamız qrup səddini aşmağı bacarıb.

 

Son turda Asiya çempionu İranla qollu (3:3) bərabərliyə imza atan və qrupu ikinci pillədə tamamlayan Miltinyonun yetirmələrinin növbəti mərhələdəki rəqibi də bəllidi. Yığmamız 1/8 final mərhələsində B qrupunu 6 xalla ikinci yerdə başa vuran Tailandla münasibətlərinə aydınlıq gətirəcək.

 

Komandamızın 1/4 finaldakı potensial rəqibləri də bəllidi. Belə ki, millimiz sentyabrın 22-də gecə saatlarında üz-üzə gələcəyi rəqibini məğlub edərsə, növbəti mərhələdə Portuqaliya – Kosta-Rika cütünün qalibinə rəqib olacaq.

 

 

1/8 finaldakı cütlüklər

 

20 sentyabr

02:30. Rusiya - Vyetnam

05:00. Kolumbiya - Paraqvay

 

21 sentyabr

02:30. Braziliya - İran

02:30. İspaniya - Qazaxıstan

05:00. Portuqaliya – Kosta-Rika

 

22 sentyabr

02:30. İtaliya – Misir

02:30. Argentina - Ukrayna

05:00. Tailand – Azərbaycan