[b]Yığmamız AZAL-la bacarmadı[/b]
28.08.2016 - 14:15
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-21) yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Yaşar Vahabzadənin yetirmələri AZAL-la qüvvəsini sınayıb.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan matç başladığı kimi dəsona çatıb – 0:0.
Qeyd edək ki, millimiz növbəti yoxlama oyununda “Kəpəz”lə qarşılaşacaq.
0
0