[b]Millimiz Çexiya və İsrailə qalib gəldi[/b]
02.11.2017 - 00:16
[b]Millimiz Çexiya və İsrailə qalib gəldi[/b]

Yunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa çempionatının beşinci turu keçirilib. Apasport.az saytının məlumatına görə, qitə birinciliyində millimiz qadınlar və kişilərdən ibarət komanda ilə iştirak edir.

 

Mötəbər yarışın beşinci turunda kişilərdən ibarət yığmamız Çexiya, xanım şahmatçılarımız isə İsrail millisi ilə qarşılaşıblar.

 

Şəhiyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç və Rauf Məmmədovdan ibarət kişi millimiz rəqibini məğlub edib – 3:1.

 

Qadınlar yığmamız da qələbəyə sevinib – 1.5:2.5

 

 

Komandalararası Avropa çempionatı

V tur

 

Kişilər

 

Azərbaycan – Çexiya – 3:1

 

1. Şəhriyar Məmmədyarov (2791) – David Navara (2726) – 1:0

2. Teymu Rəcəbov (2741) – Viktor Lazniçka (2654) – 0.5:0.5

3. Arkadi Naydiç (2702) – Jiri Stoçek (2581) – 0.5:0.5

4. Rauf Məmmədov (2678) – Voytek Plat (2551) – 1:0

 

Turnir cədvəli: 1. Xorvatiya – 9 xal, 2. Macarıstan – 8 xal, 3. Rusiya – 8 xal … 7. Azərbaycan – 7 xal.

 

 

Qadınlar

 

İsrail – Azərbaycan – 1.5:2.5

 

1. Yuliya Şvayger (2442) – Zeynəb Məmmədyarova (2298) – 0:1

2. Marsel Yefroimski (2329) – Fətəliyeva Ülviyyə (2348) – 0.5:0.5

3. Maşa Klinova (2289) – Gülnar Məmmədova (2385) – 0.5:0.5

4. Olqa Qutmaker (2226) – Xanım Balacayeva (2319) – 0.5:0.5

 

Turnir cədvəli: 1. Rusiya – 10 xal, 2. Gürcüstan, 3. Ukrayna – hər ikisi 8 xal… 11. Azərbaycan – 6 xal.

 

0