[b]Millimiz eyni rəqiblə iki dəfə qarşılaşacaq [/b]
04.06.2016 - 13:34
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu ay iki yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, millimiz Belarusun müvafiq yaş qrupuna aid komandası ilə üz-üzə gələcək.
Qarşılaşmalar iyunun 8-də və 10-da baş tutacaq. Bakı Olimpiya Stadionunun əsas meydanında təşkil olunacaq hər iki oyun saat 19:00-da başlayacaq.
Mənbə: affa.az
0
0