[b]Millimiz Gürcüstanla heç-heçə etdi[/b]
13.02.2017 - 09:45
[b]Millimiz Gürcüstanla heç-heçə etdi[/b]

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olan millimiz ilk matçına çıxıb.

 

Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Gürcüstanın U-17 yığması ilə üz-üzə gəlib. Görüş qollu heç-heçə ilə başa çatıb – 1:1. Yığmamızın qolunu Aytac Nemətova vurub.