[b]Millimiz məğlubiyyətlə başladı[/b]
17.04.2017 - 16:04
Monteneqronun Podqoritsa şəhərində təşkil olunan 17 yaşadək qızlar arasında UEFA İnkişaf turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi ilk turda Bosniya və Herseqovina ilə qarşılaşıb.
Yığmamız turnirə 1:3 hesablı məğlubiyyətlə başlayıb. Millimizin yeganə qoluna Nigar Mirzəliyeva imza atıb.
Qeyd edək ki, aprelin 19-da keçiriləcək növbəti oyunda futbolçularımızın rəqibi Monteneqro yığması olacaq.
0
0