[b]Millimiz qələbə qazandı[/b]
17.10.2016 - 00:29
Serbiyada təlim–məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, “Voyvodina” klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qələbə qazanıb.
Xaqani Sadıxovun dubl etdiyi oyunda digər qolun müəllifi penalti zərbəsindən dəqiq yararlanan Kamran Quliyev olub.
0
0