19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 12 qrupun oyunları başa çatdıqdan sonra elit-raundun bütün iştirakçıları müəyyənləşib.
Azərbaycan yığmasının da vəsiqə qazandığı bu mərhələdə 28 komanda çıxış edəcək. Noyabrın 24-də keçiriləcək püşkatmanın səbətləri açıqlanmadığından hələlik 27 yığmanın hamısı millimizin potensial rəqibi sayılır.
Bunlar Avstriya, Belçika, Çexiya, Danimarka, İngiltərə, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İslandiya, İtaliya, Hollandiya, Norveç, Polşa, Portuqaliya, İrlandiya, Rusiya, Slovakiya, Sloveniya, Serbiya, İsveç, Türkiyə, İspaniya, Yunanıstan, İsrail, Şotlandiya və Uels milliləridi.
Qeyd edək ki, elit-raundda 28 komanda hərəsində 4 yığmanın yer aldığı 7 qrupa bölünəcək.
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
- Kasper Şmeyxel zarafat etdi: “İndi tam ştatlı Uber sürücüsüyəm”