[b]Millimiz yenə uduzdu[/b]
08.06.2017 - 22:52
[b]Millimiz yenə uduzdu[/b]

Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə U-21 yığmamız bu gün növbəti yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, komandamız bu dəfə də çexiyalı həmyaşıdları ilə üz-üzə gəliblər.

 

Yaşar Vahabzadənin yetirmələri ilk hissəni 1:0 hesabıyla öndə başa vursalar da, bu üstünlüyünü axıra qədər qoruyub saxlaya bilməyib. Son dəqiqələrdə 2 qol vuran çexlər oyundan 2:1 hesablı qələbə ilə ayrılıblar.

 

Bu, komandamızın son günlərdə çexlərlə ikinci sınağı idi. 21 yaşlılarımız iyunun 5-də çex həmyaşıdlarına 0:5 hesabıyla uduzmuşdu.

 

U-21 yoldaşlıq oyunu

8 iyun

 

Azərbaycan - Çexiya 1:2

Qollar: Mahir Mədətov, 21 – Haşek, 84. Şevçik, 86