[b]Millimizdə 20 futbolçu[/b]
10.10.2017 - 12:00
[b]Millimizdə 20 futbolçu[/b]

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacaq yığmamız turnirə 20 futbolçu ilə yollanıb.

 

Baş məşqçi Mirbağır İsayev seçmə mərhələ üçün heyətə Ayxan Arazlı, Turan Vəlizadə, Zamiq Əliyev, Musa Qurbanlı (hamısı “Qarabağ”), Elməddin Sultanov, Samir Qurbanov, Veysəl Rzayev, Cavidan Rəhimli, Məhəmməd Məhərrəmov, Xəyal Muradov (hamısı “Qəbələ”), Nicat Məmmədov, Mahir Həsənov, İsmayıl Zülfüqarlı, Vüsal Əsgərov (hamısı “Neftçi”), Sərcan Omarov, Ceyhun Nuriyev (hər ikisi “İnter”), Səbuhi Abdullazadə, Rüfət Abdullazadə (hər ikisi “Sumqayıt”), Murad Məmmədov (“Səbail”), Elnur İbrahimovu (“Spartak-2”, Moskva, Rusiya) daxil edib.

 

Qeyd edək ki, yığmamız bu gün ilk oyununu keçirəcək. Futbolçularımız Bolqarıstanın Qorna Orexovitsa şəhərindəki "Lokomotiv" stadionunda İrlandiya yığması ilə qarşılaşacaq.