[b]Millimizdən 90-cı qol[/b]
16.09.2016 - 13:06
Futzal üzrə dünya çempionatının final mərhələsinin İspaniya ilə oyunundakı sonuncu qol Azərbaycan millisi üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 2:4 hesabı ilə uduzan yığmamızın 2-ci topunun müəllifi olan Tyaqo Bolinya yubiley qolunu vurub.
Belə ki, bu top DÇ-lərdə 90-cı olub. Komandamız mundialların seçmə və final mərhələlərində keçirdiyi 21 matçda 90 qol vurub, 66-nı buraxıb. Hər matçda orta hesabla 4,28 dəfə fərqlənib.
0
0