FİFA mayın 5-də milli komandaların növbəti reytinq cədvəlini açıqlayacaq. Apasport.az saytının məlumatına görə, siyahıda 209 yığma yer alacaq.
Aprelin 7-də rəsmən dərc olunan cədvəldən sonrakı 28 gündə yığma səviyyəsində qarşılaşmaların demək olar ki, yox dərəcəsində olması dəyişikliklərin azlığına zəmin yaradır. Belə ki, siyahıda çox az dəyişiklik baş verəcəyi gözlənilir.
Proqnozlaşdırılan dəyişikliklər Azərbaycan millisindən də yan ötməyib. Xal hesabı dəyişməsə də, yığmamız bir pillə irəliləyəcək.
Belə ki, heç bir matça çıxmayan Robert Prosineçkinin yetirmələri 269 xalla 133-cü pillədə olacaq. Bu irəliləyişin səbəbi Küveytin 14 pillə geriləməsidi. Asiyalılar 126-cı yerdən 140-cı pilləyə yuvarlanacaq.
Dünyanın 14-cü “onluğ”u
130 (131). Fələstin – 271
130 (132). Bəhreyn – 271
132 (133). Qayana - 270
133 (134). AZƏRBAYCAN – 269
133 (134). Svazilend - 269
135 (136). Namibiya – 267
136 (137). Aruba – 259
137 (138). Madaqaskar – 257
138 (139). Litva – 254
139 (140). Sent-Lusiya – 247
140 (126). Küveyt - 244
Dünyanın ən güclü 10 komandasının mövqeyində də heç bir dəyişiklik olmayacaq. 3 yığma – Belçika, Çili və Braziliya xal hesabını artırsa da, irəliləyə bilməyib.
İlk “onluq”
1 (1). Argentina – 1532
2 (2). Belçika – 1364
3 (3). Çili – 1353
4 (4). Kolumbiya – 1337
5 (5). Almaniya – 1309
6 (6). İspaniya - 1277
7 (7). Braziliya – 1261
8 (8). Portuqaliya – 1184
9 (9). Uruqvay - 1158
10 (10). İngiltərə - 1069
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də mövqeyi dəyişməz qalacaq. Onların xal hesabında da dəyişiklik gözlənilmir.
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
5 (5). Almaniya – 1309
26 (26). Şimali İrlandiya - 825
29 (29). Çexiya - 810
49 (49). Norveç - 605
200 (200). San-Marino – 20
Mayda keçiriləcək sınaq matçlarında üz-üzə gələcəyimiz Kanada da 95-ci yerdə qalacaq – 357 xal.
Qeyd edək ki, qonşu Türkiyə yığması 13-cü yerdə qərarlaşacaq. Mövqeyi dəyişməyəcək “ay-ulduzlular” 983 xala malik olacaq.