[b]“Bəd nəzərə gələnlər”[/b]
11.06.2017 - 15:30
[b]“Bəd nəzərə gələnlər”[/b]

DÇ-2018-in seçmə mərhələsində 6 turdan sonra aktivində 7 xal olan millimiz C qrupunda 4-cü pillədə qərarlaşıb. Apasport.az saytının məlumatına görə, tsiklə uğurlu start verən komandamız sonradan sanki "bəd nəzərə gələrək", bunun arxasını gətirə bilmədi.

 

Qrupdakı ilk matçında San Marinoya səfərdə minimalhesabla qalib gələn Robert Prosineçkinin komandası ardınca doğma azarkeşlər önündə Norveçə eyni aqibəti yaşatdı. Səfərdəki Çexiya bərabərliyi ilə birdən-birə 7 xal toplayan komandamız turnir cədvəlində ikinci pilləyə yüksəldi.

 

Ancaq yığmamızın bu sürpriz çıxışı uzun çəkmədi. Şimali İrlandiya öz meydanında Azərbaycana 4 qol vuraraq millimizə ilk şoku yaşatdı. Ardınca Bakıda Almaniya real “gücümüz”ü gözlər önünə sərdi – 1:4.

 

Doğma meydandakı Şimali İrlandiya ilə cavab matçı dönüş nöqtəsi olaraq görülsə də, bu dəfə də 3 xalı rəqib öz xanasına yazdırdı – 0:1.

 

Beləliklə, qrupdakı ilk 3 matçda məğlub olmadan 7 xal toplayan yığmamız sonrakı 3 oyunda 9 qol buraxaraq cəmi 1 dəfə fərqlənə bildi. Qazancımız isə 0 xal.