[b]Millimizə rəsmi dəstək[/b]
11.11.2016 - 21:34
[b]Millimizə rəsmi dəstək[/b]

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə Şimali İrlandiya yığması ilə qarşılaşacaq milli komandamızın oyununu izləmək üçün Belfasta rəsmi şəxslər də yollanıb. Apasport.az saytının məlumatına görə, AFFA prezidenti Rövnəq Abdullayev, həmçinin vitse-prezidentlər Rauf Əliyev və Elşad Nəsirov oyunu “Uinzor Arena”da canlı izləyəcəklər.

 

Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu bu gecə saat 23:45-də başlayacaq.