[b]Millimizin 219-cusu[/b]
09.03.2017 - 20:02
[b]Millimizin 219-cusu[/b]

Qətərlə yoldaşlıq oyunu millimizin heyətində bir debütlə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Dohanın “Əl-Sadd” stadionunda keçirilən qarşılaşmanın start heyətində meydana çıxan Tellur Mütəllimov ilk dəfə əsas millinin formasını geyinib.

 

İlk rəsmi matçını 1992-ci ildə keçirən Azərbaycan millisinin 24 illik tarixindəki 227 matçda 218 futbolçu meydana çıxmışdı.

 

“Qəbələ”nin yetirməsi bu siyahıda 219-cu olub.

 

Qeyd edək ki, az öncə start fiti verilən oyunda ilk hissə davam edir.