[b]Millimizin 3 üzvü “doqquz”luğa düşdü[/b]
23.09.2016 - 12:30
[b]Millimizin 3 üzvü “doqquz”luğa düşdü[/b]

Azərbaycan millisinin futzalçıları Kolumbiyada keçirilən dünya çempionatının final mərhələsinin bombardirləri siyahısında yer alıblar. Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsindən sonra açıqlanan cədvəldə yığmamızın üç üzvü ilk “9-luq”dadı.

 

Ən azı 5 qol vuranların təşkil etidyi “doqquzluğ”a isə 1/4 finalda rəqibimiz olan portuqaliyalı Rikardinyo başçılıq edir. Pireneyli ulduz 4 matçda 11 qol vurub. Artıq yarışı başa vuran Braziliyanın aparıcı siması Falkao 10 dəfə rəqib qapısına yol tapıb.

 

Hərəyə 6 qol vuran üç futzalçı 3-5-ci yerləri bölür. Onlar arasında Azərbaycan yığmasının iki üzvü də var. Bunlar Vassoura və Tyaqo Bolinyadı.

 

5 qolla 6-9-cu pillələri bölüşən 4 oyunçudan biri də millimizin qol silahlarındandı. Bütün qollarını son görüşdə vuran Fineo dabu pilləyə şəriklərdəndi.